banner
None

TƏRKİBİ

  • Spiked Energy Blend 160mg
  • Amino Blend With Sustamine 5000mg
  • Serving Size 1 Scoop (7g)
Animal Spiked Amino (210g)
45.00 AZN
None

TƏRKİBİ

  • Glutamine 6.5g
BPI Best Glutamine
.
45.00 AZN
None

TƏRKİBİ

BSN Amino X30
.
35.00 AZN
Geri Sehife 1 / 7. Ireli

BCAA nedir

Sadəcə idmanla məşğul olaraq aynada görmək istənilən görünüşə sahib olmaq mümkün deyil. Bunun üçün qidalanmaya da xüsusilə diqqət etməliyik. Qəbul edilən qidalar orqanizmi idarə edir. Amin turşuları ilə zəngin qidalar idmanla məşğul olan orqanizmə daha güclü təsir edir. Çünki amin turşuları orqanizmi etibarlı, tam təminatlı bir şəkildə qidalandırır. Onlar yalnız fiziki gözəlliyin deyil, həm də beyin simptomlarının güclü işləməsinə şərait yaradır. İdmanla məşğul olunan zaman amin turşularını qidalarla və yaxud kapsulalar şəklində qəbul etmək məqsədyönlü xarakter daşıyır. Lakin bunlardan istifadə edərkən mütləq şəkildə məşqçinin nəzarətini almaq ehtiyacı var. Amin turşuları ilə bir çox qidalar zəngindir ki, bunlardan biri də BCAA amin turşuları adlanır. BCAA amin turşuları insan orqanizmi üçün çox vacibdir. Bu amin turşuları şaxələnmiş yan zəncirlidir. Ağır məşqdən sonra bədəndə qida maddəsi çatışmır. BCAA amin turşusu isə orqanizmdəki tarazlığı bərpa edir və ağır məşqlərin orqanizmə mənfi təsir etməsinin qarşısını alır. BCAA nəticəsində orqanizm sürətli bir şəkildə yenidən əvvəlki dinamik vəziyyətinə qayıdır. BCAA zülallarla zəngindir. Həmçinin şaxələnmiş yan zəncirli BCAA amin turşuları yüksək intensiv məşqlər zamanı əzələ toxuması tərəfindən istifadə edilə bilər. BCAA yeni əzələ quruluşu yığmaq üçün əsas materialdır. Bu əvəzolunmaz amin turşuları əzələlərdəki amin turşularının 35%-ni təşkil edir. Buna görə də bu amin turşuları bərpaolunma proseslərində çox mühüm rol oynayır. BCAA anti-katabolik təsirə malikdir. BCAA orqanizm tərəfindən sintez olunmadığı üçün insanlar onu sadəcə qidalar vasitəsilə və yaxud qida əlavələri ilə qəbul edə bilərlər. BCAA əzələləri dağılmaqdan qoruyur, quru əzələ kütləsinin böyüməsinin qarşısını alır, orqanizmdə piy faizinin azalmasına şərait yaradır, ən əsası isə fiziki gücün bədəndə artmasına təsir edir. BCAA digər amin turşularından fərqli olaraq, əzlələr daxilində metabolik fəaliyyət göstərir, idman göstəricilərini artırır, səhhəti yaxşılaşdırır, əlavə olaraq isə sağlam şəkildə, tamamilə təhlükəsiz yağların əriməsinə kömək edir. Buna görə də BCAA-nı təhlükəsiz “yanacaq” kimi də qiymətləndirirlər. Təhlükəsiz, sağlam və güclü fiziki görünüş əldə etmək istəyirsinizsə, onda elə indi BCAA-larla zəngin həyata başlayın.