None

Proteinlər haqqında.

Protein İngilis dilindən tərcümədə zülal deməkdir. Bəs protein necə hazırlanır?

Bilirik ki, südün əsas tərkibi zülaldan yəni proteindən ibarətdir. Bunun 80% "casein" proteini, 20% "whey" proteinidir.

Pendir istehsalı zamanı südün daha yağlı hissəsi pendir istehsalında istifadə edilir. Yerdə qalan daha sulu hissə (yəqin ki kənd yerlərində görmüsünüz bu sulu hissə istifadə edilmədən atılır) tərkibinə zərər gəlmədən "whey" protein tozu alınmağı üçün bir neçə prosesdən keçərək qurudulur.

Müxtəlif proseslərdən keçdikdən sonra "whey" protein alınır

Əsasən 3 növ "whey" protein çeşidi vardır.

Konsentrat, izolyat, hidrolizat.

Konsentrat daha az təmizləmə işləmi görür, tərkibində az miqdarda yağ və laktoza mövcuddur, qana qarışma müddəti izolyat və hidrolizatdan daha zəifdir. 

İzolyat protein konsentrata görə daha cox təmizlənmə prosesi keçir, şəkərsiz ya yagsız proteindir. Hər kəs izolyat proteini ən yaxşı kimi tanısa da ən yaxşi təmizləmə prosesini hidrolozat proteyn görür. Bu protein izolyat kimi yagsız və şəkərsizdir, həzm sistemini yormadan qana qarışa bilir.

Məşqə yeni başlayanlar izolyat proteini ən yaxşıdır deyib onu almaga üstünlük vermələri əsas deyil. Əsas olan konsentrat tərkibli protein olsa belə gündəlik protein normasını qəbul etməkdir. Günlük ortalama insanın hər kiloqramına 2 qram zulal qəbulu düşür (məsələn 80kq×2qr=160qr). İzolyat olmağından daha cox, protein alarkən onu istehsal edən brendi diqqetle seçin. Çalışın bu sahədə daha yaxşı ixtisaslaşmış ABŞ istehsalı olan brendlərin məhsulunu alın.