None

Sellulit əslində nədir?

Xanımların bədən gözəlliyi ilə bağlı yaşadığı ən böyük problemlərdən biri heç şübhəsiz ki sellulitdir. 

Sellulit dəri altında bir bölgədə, çox miqdarda və düzənsiz yığılan yağ təbəqəsidir. Daha çox ayağın arxa nahiyyəsində, yan hissədə və qollarda yaranır. Əsasən genetik olan bu problemi xanımların əksəriyyəti masaj, kosmetik vasitələr və idmanla həll etməyə çalışır. İlk növbədə vurğulamaq lazımdır ki, sellulitin mualicəsi yoxdur. Ona görə də buna problem yox xəstəlik desək daha düzgün olar. Hər nə qədər genetik olduğunu desək də, düzgün qidalanmama, alkoqollu içkilərdən çox istifadə, düzgün olmayan yuxu rejimi sellulitin yaranmasına vasitəçi olan amillərdir. 

Məsləhətdir ki, bahalı kosmetik vasitələrə pul xərcləmədən birbaşa idman zallarına müraciət edəsiniz. Praktikamda da onu görmüşəm ki, kosmetik prosedurlar edib zala gələn xanımlar onun müvəqqəti olduğunu bildirib və ya sonradan əvvəlki halına qayıtdığını deyiblər. Yuxarıda vurğuladıq ki, sellulit bir yağ təbəqəsidir. İdmanı da biz yağ yandırmaq üçün ediriksə deməli yağ yandıqca bu piy təbəqəsi də azalmağa başlayacaqdır. Çünki bölgəsəl yağ yanma yoxdur, yağ yandıqca bütün orqanizmdən azalmağa başlayır. Deməli mütləqdir ki sellulit olan ərazilərdə də azalma baş verəcəkdir. 

Kosmetoloji proseslərdə isə yağ yanma prosesi ümumiyyətlə baş vermir. Sellulit yaranan hissəyə edilən prosedur ona görə müvəqqəti xarakter daşıyır.