banner
"SHARIFZADE" Filialı

BOKS

  • 8 giriş - 50 AZN
  • 12 giriş - 70 AZN
"NASIMI" Filialı

BOKS

  • 8 giriş - 60 AZN
  • 12 giriş - 80 AZN

Boks və Boks program

Boks kənardan nə qədər qanunsuz görünsə də, əslində hakimin müşayiəti altında iki şəxsin bir-birilə qarşılıqlı döyüşüdür və boks qaydalı bir şəkildə həyata keçirilir. Boks vaxtı rəqibin hər baş nahiyəsinə vurulan zərbə bir xala bərabərdir.  Əks halda, yəni bədənin aşağı nahiyələrinə, boyunun arxasına vurmaq, səs çıxarmaq kimi hərəkətlərə boks zamanı yer verilmir. Buna baxmayaraq, boks vaxtı zərbələrdən yayınmaq qeyri-mümkündür. Beyin nahiyəsindən zədələnən boksçu ən az 3 il ara verməlidir. Buna görə də burada xüsusi geyim tərzindən istifadə olunur ki, peşəkar boksçular yalnız şort, həvəskarlar isə həm şort, həm də atlet geyinirlər. Boksçular diş və qasıq qoruyucularından da istifadə edirlər ki, bu da döyüş zamanı onların daha yüngül xəsarət almalarına səbəb olur. Hətta həvəskar boksçular ayrıca qoruyucu başlıq da taxırlar. Ən əsası isə onlar əllərinin zədələnməməsi üçün boks əlcəklərindən faydalanırlar. Rəqiblərin sadəcə özləri yox, həm də onların döyüşdüyü yer də qoruyucu bir şəkildə təşkil olunmalıdır. Buna görə də boks xüsusi bir sahədə təşkil olunur ki, burada sahənin ətrafı iplərlə örtülü olur. Bu da döyüş əsnasında boksçuların ağır xəsarət almalarının qarşısını alır. Bundan əlavə, peşəkarların və həvəskarların döyüş qaydaları  bir-birindən fərqlənir.  Məsələn, həvəskarların döyüş müddəti 4 raunddan ibarət olduğu halda, peşəkar boksçularınkı 12 raundda bitir. Boksda sadəcə idmançılar deyil, həm də başqa insanlar iştirak edir. Burada hakim əsas rol oynayır ki, o, idmançıların bir-birinə qarşı davranışlarına və zəngə nəzarət edir. Boksda 3 münsif heyəti müəyyən olunur. Onlar vurulan zərbələrin sayını hesablayırlar və sonda kimin qalib olduğunu söyləyirlər. Həkim mütləq şəkildə burada yer almalıdır ki, boksçuların fiziki cəhətdən sağlamlığını daim nəzarət altında saxlasın və onun oyuna davam edə və yaxud edə bilməyəcəyinə qərar versin. Texniki redaktor münsiflərin verdiyi qərara nəzarət edir, qərarın düz olub olmadığını dəyərləndirir. O, həm də döyüş zamanı digər problemli vəziyyətlərə qarşı da məsuliyyət daşıyır. Sadaladığımız şəxslərin hər biri döyüş zamanı mühüm rol oynayırlar. 

Boks insanlar arasında nə qədər şiddətli döyüş növü kimi qiymətlədirilsə də, yuxarıda sadalanan qaydalar bu idman növünün elə olmadığını sübut edir. Əksinə boks insanda özünəinamı, yıxıldığın an belə daim mübarizəyə hazır, zərbələrə qarşı davamlı olmağı aşılayır.