banner
"SHARIFZADE" Filialı

FİTNESS

  • 8 giriş - 50 AZN
  • 12 giriş - 55 AZN
  • 16 giriş - 60 AZN
  • 31 giriş - 70 AZN
  • 1 giriş - 8 AZN
"NASIMI" Filialı

FİTNESS

  • 8 giriş - 55 AZN
  • 12 giriş - 70 AZN
  • 16 giriş - 80 AZN
  • 31 giriş - 90 AZN
  • 1 giriş - 8 AZN

Fitness və Fitness programı

Müasir dövrün ən böyük problemlərindən biri olan arıqlamaq hər bir şəxsi, xüsusilə qadınları durmadan düşündürən məsələdir. Hər kəs gözəl, sağlam və cəlbedici görünüşə sahib olmaq arzusundadır. Bunun üçün müxtəlif idman növləri ilə məşğul olur, qidalanmasına diqqət edir. Ancaq yenə də arzusunda olduğu bədən quruluşuna qovuşa bilmir. Bax belə məqamda daim tövsiyə edilən bir idman növü var. Bu idman fitness adlanır. Bu sözün mənası “sağlam və formada qal” deməkdir. Adından da göründüyü kimi, sağlam bir şəkildə gözəl görünüş əldə etməyin yolu fitnesslə məşğul olmaqdan keçir. Bu idman növü digərlərindən onunla fərqlənir ki, burada bədənin sırf bir nahiyəsi işləklik, elastiklik qazanmır, yəni burada bütün bədən əzələləri hərəkət edir. Fitness hər bir şəxs üçün fərqli bir şəkildə icra olunur. Bəziləri üçün fitnesslə məşğul olmaq özünü yaxşı hiss etmək, əziyyət çəkmədən hərəkət etmək, digərləri üçün isə əvəzolunmaz görünüşə sahib olmaq deməkdir. Fitness hər bir idman növünün özülünü təşkil edir.  Qaçmaq, üzmək, rəqs etmək, gəzmək, velosiped sürmək kimi hərəkətlər fitnessin əsasını təşkil edir.  Yuxarıda qeyd etdiyimiz hərəkətləri etmək sadəcə arıqlamaq demək deyil, bu hərəkətlər həm də bir çox xəstəliklərin müalicə üsuludur. Fitnesslə hər kəs məşğul ola bilmə şansına malikdir. Yuxarıda sadalanan hərəkətlərdən əlavə, burada fitness müəlliminin nəzarəti altında alətlərdən istifadə edərək də sağlam görünüşə sahib olmaq mümkündür. Fitnesslə məşğul olan zaman xüsusi alətlərdən istifadə edə və yaxud etməyə bilərsiniz. Lakin alətlərdən istifadə edərkən diqqətli olmalısınız, çünki istəmədiyiniz bir görünüşə sahib ola bilərsiniz. Buna görə də mütləq şəkildə məşqçi, yəni fitness müəlliminin nəzarəti və sizə uyğun tərtib etdiyi proqram əsasında hərəkət etməlisiniz. Fitness həm fiziki, həm də ruhi sağlamlıq əldə etməyin əyləncəli yoludur. Bu idman növü ilə məşğul olmaq hər gün sağlam gələcəyə imza atmaqdır. Buna görə də özünüzə daim heyran olmaq istəyirsinizsə, fitnessi həyat tərzinizin ayrılmaz bir parçasına çevirin.