banner
"SHARIFZADE" Filialı

FİTNESS

  • 8 giriş - 50 AZN
  • 12 giriş - 55 AZN
  • 16 giriş - 60 AZN
  • 31 giriş - 70 AZN
  • 1 giriş - 8 AZN
"NASIMI" Filialı

FİTNESS

  • 8 giriş - 55 AZN
  • 12 giriş - 70 AZN
  • 16 giriş - 80 AZN
  • 31 giriş - 90 AZN
  • 1 giriş - 8 AZN

İdman az

Balaca körpənin ayaqlarından, qollarından tutaraq onun hələ inkişafda olan bədən əzlələrini hərəkətə gətiririk. Daha sonra bağçada, məktəbdə müəllimlərin iştirakı ilə hər səhər himndən qabaq yüngül idman hərəkətləri ilə məşğul oluruq. Universitet dövründə belə idman dərsləri tələbələrə tədris olunur. İdmanı sadəcə dərs olaraq deyil, həyat tərzimizin bir parçası olaraq qəbul etməliyik. İdman yalnız sağlam həyat demək deyildir. İdman həm də mənfi enerjilərdən xilas yolu, pozitiv həyatı salamlamaq üsuludur. İdman təhlükəsiz yaşam şəraiti bəxş edir. Onun sayəsində həm fiziki, həm də mənəvi güc qazanırıq. İdmanla məşğul olan şəxslər həm də tez və çevik bir şəkildə problemdən çıxmağın yollarını asanlıqla tapıb həll yollarını təqdim edirlər. İdmanla məşğul olmaq saatlarla idman zallarında vaxt keçirmək deyildir. Olduğunuz yerdə belə idmanla məşğul olmaq mümkündür. Gün ərzində yerimək, qaçmaq, əl-qol hərəkətləri etmək kimi sadə hərəkətlərin hər biri də idmana məxsusdur. Günə pozitiv başlamaq üçün hər səhər edilən beş dəqiqəlik idman kifayətdir. Bu 5 dəqiqəlik bədən hərəkətləri gün ərzində pozitiv olmağa, ətrafımızda baş verənlərə müsbət reaksiya göstərməyinizə şərait yaradacaq. İdman yalnız həmin hərəkətlərlə məşğul olan şəxsə kömək etmir. İdman həm də sağlam gələcək nəslin inkişafına şərait yaradır. Çünki unutmaq lazım deyildir ki, sağlam bədəndə sağlam ruh gizlidir. Buna görə də gələcək nəslin yüksək ruhda inkişafını istəyiriksə, mütləq şəkildə idmanı həyatımızın ayrılmaz parçasına çevirməliyik. Hər gün ən az edilən 5 dəqiqəlik idman sadəcə sizi güclü etməz, həm də gələcəkdə sağlam, yüksək psixoloji ruh əldə etməyə şərait yaradar. İdman insanda özünə inamı yaradır.  Onu ətrafa qarşı daha güclü, cəsur bir şəxs edir. Çünki idman yalnız fiziki gözəlliyin yox, həm də ruh gözəlliyinin təminatçısıdır. Buna görə də elə indi idmanla dolu həyata, sağlam və uğurlu gələcəyə start verin. Çünki bütün bunların açarı hərəkətli, pozitiv həyatda gizlidir.