banner
"SHARIFZADE" Filialı

PİLATES

  • 8 giriş - 50 AZN
  • 12 giriş - 70 AZN
"NASIMI" Filialı

PİLATES

  • 8 giriş - 60 AZN
  • 12 giriş - 80 AZN

Pilates və yoga

Pilates son dövrlərin ən dəb idman növü halına gəlmişdir. Pilates sayəsində düzgün fiziki quruluş dediyimiz anlayışla daha yaxından tanış ola bilərsiniz. Bu idman növündə digərlərindən fərqli olaraq, çəki itirmədən belə cəlbedici görünüşə sahib olmaq şansı əldə edilir. Stol arxasında oturan elə bir şəxs yoxdur ki, spazm deyilən ağrı ilə gündəlik gərgin iş rejimində qarşılaşmasın. Spazmdan xilas olmağın ən sadə yolu pilateslə məşğul olmaqdır. Pilateslə bütün əzələləriniz sistemli hərəkətlilik qazanır. Bu idman növü bədəninizi tarazlı bir vəziyyətdə idarə etməyinizə şərait yaradır. Pilatesdə müxtəlif hərəkətlərdən istifadə olunur. Hansı bədən quruluşuna sahib olmağınızdan asılı olmayaraq, pilates həyatınıza hərəkətlilik gətirir. Pilates bədəninizin bütün nahiyələrini effektli idarə etməyinizə imkan yaradır. Burada pilates toplarından, rezin iplərdən, xüsusi alətlərdən istifadə olunur. Pilatesin özünün xüsusi qaydaları vardır ki, bu idman növü ilə məşğul olan hər bir şəxs bu qaydalara riayət etməlidir. Konsentrasiya, yəni pilateslə məşğul olarkən hərəkətlərinizə xüsusi diqqət yetirməli, əzələlərinizi, bədəninizi hiss etməlisiniz. Nəzarət, bu funksiya sizdən etdiyiniz bütün hərəkətləri davamlı olaraq izləməyi tələb edir. Buna görə də bu idman növü nəinki sizə fiziki, həm də zehni fəallıq qazandırır. Mərkəzləşdirmək dedikdə isə pilatesdə göbək, bel və omba ətrafı əsas mərkəz rolunu oynayır. Bu hərəkətlər nəticəsində bədəniniz uzanır və elastik bir görünüşə daha rahat qovuşmağınıza səbəb olur. Pilateslə məşğul olarkən tələsməməli, axıcı bir şəkildə hərəkətlərinizi etməlisiniz. Bundan əlavə, burada hərəkətlər qətiliklə, sona qədər edilməlidir ki, qısa bir zamanda bu idman növünün faydalarını görə biləsiniz. Hər bir idman növündə olduğu kimi, pilatesdə də nəfəsinizi düzgün bir şəkildə idarə etməlisiniz. Həssas və elastik görünüşün açarı pilates idman növündə gizlidir. Pilates sayəsində daha çevik bədən quruluşuna malik ola bilərsiniz. Pilates sizi nəinki harmoniyalı, əvəzolunmaz fiziki görünüşə qovuşduracaq, həm də gərgin iş rejimindən xilas edəcəkdir. Həyata pozitiv, sağlam baxış əldə etmək istəyirsinizsə, pilates həyat tərzinə elə indi başlayın!