Çəki artırmaq üçün köməkçi vasitə
Tərkibi karbohidratlardan ( sadə və mürəkkəb) və zülallardan ( əsasən konsentrat) ibarətdir. Qeyner idmanla məşğul olan, bədən çəkisini artırmaq istəyənlər üçün lazımlı qida əlavəsidir. Karbohidrat əsas enerji mənbəyi, zülal isə əzələ tikintisi üçün vacib materialdır. Qeyner bir neçə saat ərzində öz təsirini saxlayır. Bundan əlavə, qidalanma rejimi yaxşı qurulmayanlar üçün də qeyner istifadəsi fayda verir.
Sürətli çəki artımına meylli adamlar (endomorf tip) qeyner istifadəsini məhdudlaşdırmalıdır. Çünki yağlanma ehtimalı yüksəkdir. Çətinliklə çəki artıran adamlar (ektomorf tip) öz menyularına mütləq qeyner əlavə etməlidir.