Protein tozlarının təsnifatı 2 parametrə əsaslanır: zülal mənbəyi və filtrasiya növü. Zülalın hansı mənbədən əldə olunmasından asılı olaraq aşağıdakı protein tozları ayırd edilir:
▪ süddən hazırlanan zərdab və kazein zülalları;
▪ yumurta zülalı;
▪ mal əti zülalı;
▪ bitki mənşəli zülallar (soya, düyü, noxud və buğda);
▪ çoxkomponentli protein tozu (bir neçə növün qarışığı).
Zülalın süzülmə dərəcəsinə görə ayırd edilir:
▪ Konsentrat. Zülalın sadə filtrasiyası ilə əldə edilir. Konsentratda zülalın faiz nisbəti 35-85% arasında dəyişir. Məşqlərdən əvvəl və sonra, yeməkarası qəbul edilə bilər.
▪ İzolyat. Konsentratla müqayisədə daha yüksək dərəcədə təmizlənmə ilə xarakterizə olunur, zülal nisbəti 95%-ə çatır. Məhsul zülalın uzunmüddətli süzülməsi yolu ilə əldə edilir.
▪ Hidrolizat. Zülal emalının yeni bir növünün (hidrolizin) məhsuludur. Bu proses zamanı zülal molekullarının ayrı-ayrı hissəciklərə bölünməsi baş verir və dərhal əzələlərə keçməyə, tez mənimsənilməyə hazır olan protein yaranır. Zülalın nisbəti 95%-ə çatır.